Bu gün futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. Sportnet.az-ın məlumatına görə, oyunların hər ikisi paytaxtda baş tutacaq.
İlk olaraq Bakının "İnter" klubu "Qarabağ"ı qəbul edəcək. Rəhim Həsənovun idarə edəcəyi oyun "İnter Arena"da keçiriləcək. Komandalar bugünədək Kubok oyunlarında 5 dəfə qarşılaşıb. Hərəyə iki dəfə qələbə qazanan yarımfinalçılar bir dəfə meydanı sülhlə tərk ediblər. Kubokda 3 dəfə yolları kəsişən komandalar 5 oyunda qüvvələrini sınayıblar. 1/8 və 1/4 finala təsadüf edən duellərdə iki oyunun yekununda "İnter" qalib gəlib. Yeganə final matçında isə "Qarabağ" üstün olub. 7 ildən sonra bu yarışda üz-üzə gələn komandalar ilk dəfə yarımfinalda münasibətlərini aydınlaşdıracaq. Əvvəlki oyunlara nəzər salsaq, "İnter" evdə quru hesablı qələbə qazanıb, "Qarabağ" isə öz meydanını qolsuz tərk etməyib. Qol fərqində "İnter" öndədir - 5:4.
Günün son qarşılaşmasında isə "Neftçi" və "Qəbələ" komandaları münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşmanın ədalət təmsilçisi Əliyar Ağayev olacaq. Komandalar bugünədək Azərbaycan Kubokunda cəmi bir dəfə üz-üzə gəlib. İki il əvvəl final mərhələsində görüşən komandalar meydanı bərabərliklə tərk edib - 1:1. Oyunun taleyini penaltilər seriyası həll edib və daha dəqiq olan "Neftçi" kuboka sahib çıxıb.
27 aprel
"İnter" – "Qarabağ" - 0:4
Qol: Migel Madera, 20; 60. Dani Kintana, 67. Reynaldo, 84
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Vüsal Əliyev
Bakı. "İnter Arena"
19:00. "Neftçi" – "Qəbələ" - 1:1
Qollar: Rəhman Hacıyev, 70 - Aleksey Qay, 5
Qırmızı vərəqə: Rəşad Sadiqov, 84 ("Qəbələ")
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı."Bakcell Arena"
Qeyd edək ki, cavab görüşləri mayın 4-də keçiriləcək.