
AFFA-nın baş katibi Elxan Məmmədov 2008-ci ildə Federasiya prezidenti Rövnəq Abdullayevin yeni stadionların inşa olunacağı ilə bağlı fikirlərinin uğurla həyata keçirildiyini bildirib. Sportnet.az-ın məlumatına görə, Məmmədov "Bakcell Arena", "Dalğa" və Bayıldakı stadionları misal çəkib.
Baş katib bu tikintilərin bəhrə verdiyini də bildirib: "Yeni stadionların inşası 2012-ci ildə 17 yaşadək qızlar arasında dünya çempionatının Azərbaycanda keçirilməsinə kömək etdi. Azərbaycan futbol üzrə dünya çempionatını qəbul edən ilk İslam ölkəsi oldu. İndi daha bir İslam ölkəsi - İordaniya analoji yarışı təşkil edəcək".