1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bakının AVRO-2020-yə namizədliyi bölgə üçün fəxrdir"
AFFA 2020-ci ildə keçiriləcək Avropa çempionatına Bakının ev sahibliyi etməsi üçün sifariş ərizəsini aprelin 23-də UEFA-ya təqdim edib. Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə federasiyanın baş katibi Elxan Məmmədov bildirib.
Məmmədov sentyabrın 19-da keçiriləcək UEFA İcraiyyə Komitəsinin iclasında 19 namizəd şəhərdən yalnız 13-nün AVRO-2020-yə ev sahibliyi etmək üçün seçiləcəyini söyləyib:
"Bakı 13 ölkədən biri olsa, o deməkdir ki, paytaxtımız dünyanın nəhəng şəhərləri sırasında olacaq. Ümid edirik ki, qalib gələ biləcəyik. Digər tərəfdən də bizim bölgəyə ən yaxın olan şəhər Sankt-Peterburqdur. Bölgəni yalnız Bakının təmsil etməsi bizim üçün fəxrdir. Üstəlik Gürcüstan və Türkiyə də bu məsələdə bizə dəstək verir".