
İspaniya milli komandasının və "Atletiko"nun futbolçusu Dieqo Kosta Çempionlar Liqasının finalında "Real Madrid"ə qarşı oynamayacaq. Sportnet.az-ın "AS"a istinadən məlumatına görə, hücumçu mayın 17-də "Barselona" ilə ölkə çempionatı matçının əvvəllərində zədələnib.
Tibbi müayinə nəticəsində onun 2 həftəyədək yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb. Çempionlar Liqasının finalı isə mayın 24-də olacaq. Əvəzində Kosta iyunun 12-də start götürəcək dünya çempionatınadək İspaniya millisinin sıralarına dönəcək.