"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun finalının Gəncədə keçirilməsi variantını dəyərləndirib. Təcrübəli mütəxəssis Sportnet.az-a açıqlamasında "Kəpəz"in ev oyunlaını keçirdiyi şəhər stadionunun qazonuna toxunub.
Qurbanovun fikrincə, "Neftçi" ilə final matçlarının yaxşı ot örtüyünə malikm meydanda keçirilməsi daha düzgün olardı: "Biz "Kəpəz"lə Gəncədə oynayanda meydançanın vəziyyəti yaxşı deyildi. İndi necə olduğundan xəbərsizəm. Əlbəttə, regionda oynamaq futbola marağın artması baxımından daha yaxşı olardı. Ötən il elə "Neftçi" ilə kubokun finalını Qəbələdə oynamışdıq. Gəncə stadionda vəziyyət yaxşı deyilsə, onda daha yaxşı vəziyətdə olan arenada oynamağımız daha məqsədəuyğun olardı".
Qeyd edək ki, Peşəkar Futbol Liqası hələ finalın məkanını açıqlamasa da, yenidənqurma işləri görülən Gəncə şəhər stadionunun variantlardan biri olduğu bildirirlir.