1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İlklərlə zəngin final
Azərbaycan kubokunun 2015/16 mövsümünün yarımfinal mərhələsinin cavab oyunları həlledici qarşılaşmanın iştirakçılarını müəyyənləşdirib. Sportnet.az-ın məlumatına görə, mayın 25-də baş tutacaq finalda "Qarabağ”la "Neftçi” üz-üzə gələcək.
Sonuncular "Qəbələ”ni hər iki oyunu 1:1 hesabı ilə başa çatan duelin penaltilər seriyasında məğlub edib – 4:3. Ağdam klubu isə "İnter”i hər iki matçda üstələyib – 4:0, 1:0.
Bununla da Azərbaycan kubokunda ilk dəfə ardıcıl 2 il eyni klublar finalda çıxış edəcək. 2014/15 mövsümünün həlledici qarşılaşmasında "Neftçi”ni 3:1 hesabı ilə məğlub edən "Qarabağ” 2-ci "Qızıl dubl”unu rəsmiləşdirmək, "Neftçi” növbəti titulunu əldə etməyə çalışacaq. Bunadək yarışın 24 illik tarixində heç vaxt eyni cüt iki dəfə ardıcıl kubok mübarizəsinə çıxmamışdı.
Daha bir ilkə "Neftçi” imza atıb. Son 4 mövsümdə 2 kubok qazanıb, 2 dəfə finalda məğlub olan "ağ-qaralar” ardıcıl 5-cu dəfə yarımfinalı uğurla adlayıb. "Neftçi”dən başqa yalnız 3 komanda ən azı 2 dəfə ardıcıl final oynamışdı ki, "Kəpəz”, "İnter” və "Xəzər Lənkəran”dan heç biri seriyasını 3-ə çatdıra bilməmişdi. "Qarabağ” da ardıcıl 2-ci dəfə bunu reallaşdıraraq 3 komandaya çatıb.
Ümumilikdə isə ən çox final oynayan "Neftçi” 10-cu dəfə bu hüququ qazanıb. Bu göstəricidə 2-ci olan "Qarabağ” isə 8-ci dəfə həlledici matçda oynayacaq. Kubok sayında bakılılar 6, ağdamlılar 4 mükafata yiyələnib.