1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kamran mənə dedi ki, həmin xanım internetdə adıma pis şeylər yazırdı" - MÜSAHİBƏ
Bakı "İnter"inin futbolçusu Mirhüseyn Seyidovun Sportnet.az-a müsahibəsi
- "Xəzər Lənkəran"la oyunda zədələnən komanda yoldaşınız İlkin Qırtımovun sonradan xəstəxanaya aparılmasına qərar verildi. Bu, nə ilə bağlı idi?
- İlkinin başında bir az ağrı vardı. Ona görə də xəstəxanaya apardılar. Başından zərbə aldı. Bəlkə beyin silkilənməsi olub. İnanıram ki, ciddi problemi olmaz.
- Artıq 2-ci dəfədir həmin yerdə futbolçunuz başından xəsarət alır və xəstəxanaya aparılır. Bu, təsadüfdür, yoxsa həmin yer sizin üçün sanki tilsimlənib?
- Bu, sadəcə, oyundur. Ömər Paşayev də yenə təyinat alıb. İdmanda belə şeylər, zədələr olur.
- Bəs "Xəzər Lənkəran"la oyun necə keçdi?
- İlk hissədə yaxşı oynadıq, qolları vurduq. Ancaq fasilədən sonra ilk hissədəki kimi oynamadıq. Rəqib bir az sıxdı bizi, qol buraxdıq. Bəlkə də "Neftçi"nin "Kəpəz"ə qalib gəlməsi bizi arxayınlaşdırdı. Çünki bu nəticədən sonra 3-cü pillədə olmağı təmin etmişdik. Əsas 3 xal idi, çətin də olsa, qazandıq.
- Artıq hər şey öz əlinizdədir. Bürünc medalçı olma şansınız nə dərəcədə yüksəkdir?
- Bizim "Neftçi" və "Zirə" ilə oyunlarımız qalıb. "Kəpəz"in də "Zirə" ilə matçı qalıb. Özü də səfərdə. "Kəpəz" də "Qəbələ"ni qəbul edəcək. Bizim üçün əsas növbəti turda 3 xalı götürməkdir. "Neftçi"yə qlaib gəlsək, bəlkə də bürünc medalı artıq özümüzə təmin edəcəyik.
- Komanda yoldaşın Kamran Ağayevin məlum qalmaqallı olayı ilə bağlı nə deyərdin?
- Belə şey eşitsək də, hələ təsdiqini tapmayıb. Xanımın orada nələr dediyini bilmirik. Ola bilsin, mübahisə olub. Bu, eşitdiyimiz qədər belədir. Ancaq başqa şeylər yazılıb. Mən buna tam əmin ola bilmərəm. Çünki özüm orda olmamışam.
- Ağayevdən hadisəni soruşmuşan?
- Soruşmuşam. Deyib ki, mübahisəm olub, mənim adıma internetdə pis şeylər yazırdı. Mən də ona belə etməməyi bir-iki dəfə dedim. İnsandır da, hirslənib, o da necə başa düşüb bilmirəm.
- Belə çıxır ki, Ağayevlə həmin xanım arasında əvvəldən problem olub?
- Ola bilsin. Qadındır, zərif cinsin nümayəndəsidir. Durub başqa söz deyir. Onun da ailəsi var, özü var. Ola bilsin, elə şey edib, bu da insandır, hirsindən cavab verib. Nə etdiyini dəqiq bilmirəm. Ancaq mənə elə gəlir ki, böyük problem yoxdur.
- Kamran həmin xanımın restoranda olduğunu bilərək ora gedib, yoxsa?
- Yəqin ki, həmin xanım ora gələrək yenə nəsə yekəxanalıq edib. Kamran da bunu bilərək ora gedib.
- Kamran "Xəzər Lənkəran"la oyun öncəsi axşam düşərgədə niyə yox idi?
- Səhv etmirəmsə, onun ötən dəfəki zədəsindən ayaqlarında, sümüklərində ağrılar bi az var. Bununla bağlı həkimdən sonra baş məşqçi ilə də söhbəti olub. "Xəzər Lənkəran"a qarşı oynamamağının həmin hadisə ilə bağlılığı yoxdur. Sadəcə, problemi zədə ilə bağlı idi.