
UEFA Avropanın ən yaxşı futbolçusu adına 10 namizədi açıqlayıb. Sportnet.az-ın məlumatına görə, siyahıda Almaniyanın "Bavariya" klubunun futbolçuları üstünlük təşkil edir.
10 nəfərlik siyahıda 4 "Bavariya", 2 "Real Madrid", 2 "Barselona", 1 "Monako" və "Çelsi" futbolçusu yer alıb: Dieqo Kosta ("Çelsi"), Xames Rodriqes ("Monako"), Di Maria, Kriştiano Ronaldo ("Real Madrid"), Leonel Messi, Luis Suarez ("Barselona"), Filip Lam, Tomas Müller, Manuel Noyer, Aryen Robben ("Bavariya").
Qeyd edək ki, ən yaxşı futbolçu naminasiyası üzrə mükafat avqustun 20-də Monakoda təqdim ediləcək. Səsvermə jurnalistlərin seçimi əsasında həyata keçiriləcək.
Qeyd edək ki, ən yaxşı futbolçu naminasiyası üzrə mükafat avqustun 20-də Monakoda təqdim ediləcək. Səsvermə jurnalistlərin seçimi əsasında həyata keçiriləcək.




































































