1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycanlı futbol hakimi üçün son oyun
Azərbaycanın tanınmış futbol hakimi Munis Abdullayev karyerasını başa vurub. Sportnet.az-ın məlumatına görə, Abdullayev üçün son oyun ölkə kubokunda "Qarabağ" - "Neftçi" finalı olur.
O, dördüncü hakimi funksiyasını yerinə yetirir.
Qarşılaşmanı keçmiş FİFA referisi Fariz Yusifov idarə edib. Ona Yaşar Abbasovla Elman Musayev yan xətt, Rəhim Həsənovla Ömər Paşayev əlavə köməkçi hakimlər kimi yardımçı olublar.
Xatırladaq ki, 51 yaşlı Abdullayev uzun müddət FİFA hakim-köməkçisi olub. O, Azərbaycan milli çempionatlarında oyun sayında rekordçu hakimlərdən biridir. Abdullayev üçün Azərbaycan kuboku xüsusi turnirdir. Belə ki, o, 1992-ci ildən keçirilən ilk ölkə kubokunu futbolçu kimi qazanıb. Bu, Bakının "İnşaatçı" klubunun heyətində olub.