
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın hazırlıq planları müəyəynləşib. Sportnet.azın məlumatına görə, baş məşqçi Qurban Qurbanov iyun ayının 16-da Avstriyaya yollanacaqlarını bildirib: "İyunun 17-dən məşqlər başlayacaq. Ayın 19-dan isə millinin futbolçuları düşərgəyə gələcək. O ki qaldı nə vaxt ölkəyə qayıdacağımıza, bu püşkatmadan asılı olacaq. Avstriyada ilk qarşılaşacağımız klub bu ölkənin ikinci liqa təmsilçisi "İnsburq" olacaq. Bu komandayla ayın 25-i qarşılaşacağıq".