"Qarabağ” 5-ci dəfə Azərbaycan kubokunun qalibi olub. Sportnet.az-ın məlumatına görə, Ağdam klubu bu göstərici rekordçuya lap yaxınlaşıb. Maraqlıdır ki, bu, ardıcıl 2-ci il finalda məğlub etdiyi "Neftçi” olub.
"Ağ-qaralar” indiyədək 6 dəfə - 1995, 1996, 1999, 2004, 2013, 2014-cü illərdə ölkə kubokunu qazanıb. "Qarabağ” isə 1993, 2006, 2009, 2015 və 2016-cı illərdə Azərbaycan kubokunun qalibi olub.
Hər 2 komanda hərəyə 3 dəfə çempion olduğu mövsümdə kuboku qazanmaqla "qızıl dubl” edib. Bu, "Neftçi”də 1996, 2004, 2013, "Qarabağ”da 1993, 2014 və 2015-ci illərdir. "Qarabağ” "Neftçi”nin Tofiq Bəhramov adna Respublika stadionundakı finallarla bağlı ənənəsini də qırıb. Belə ki, "ağqaralar” bütün kuboklarını məhz mərkəzi arenada qazanıblar və ilk dəfə orada finalda uduzublar.
"Neftçi” və "Qarabağ”dan sonra kuboku ən çox sahib çıxan "Kəpəz”dir – 4 dəfə. Gəncə klubu rəqiblərindən fərqli heç vaxt finalda uduzmayıb.
"Qarabğ” "qızıl dubl”da isə "Neftçi”yə çatıb. İndi hər 2 komandada bunların sayı 3-dür. "Qarabağ” üçün 1993, 2015, 2016-cı illər, "Neftçi”ü üçün 1996, 2004 və 2013-cü illər hər 2 titullu qazanmaq baxımıından uğurlu olub.