1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AVRO-2016-da ilk qırmızı vərəqə
AVRO-2016-da ilk qırmızı vərəqə qeydə alınıb. Sportnet.az-ın məlumatına görə, bu, hazırda davam edən Albaniya - İsveçrə matçında olub.
Alnabların kapitanı Lorik Sana 36-cı dəqiqədə iki sarı vərəqəyə görə meydandan çıxarılıb. O, ilk "sarı"nı kobud, sonrakını əllə oyuna görə alıb.
Özü də Sananın Fransanın "Nant" klubunun futbolçusu olduğunu nəzərə alsaq, çıxış etdiyi ölkədə cəzalandırılıb.
Bir vaxtlar "Qalatasaray"ın da şərəfini qorumuş albaniyalı hazırda millidə oyun sayında rekordçudur. Belə ki, o, 91 oyunda meydana çıxıb və 1 qol vurub. 33 yaşlı mərkəz müdafiəçisi 13 il öncə millidə debütünü məhz İsveçrə yığmasına qarşı keçirməsi və onda da məğlubiyyətə üzülməsi diqqət çəkir.
Qeyd edək ki, Sananın meydandan çıxarılmasından sonra Albaniyada kapitan sarğınsı digər müdafiəçi Elseid Husay daşıyır. Sana isə artıq mülki geyimdə matçı tribunadan izləyir.