1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin sabiq baş məşqçisi: "Hamımız günahkarıq"
"Qəbələ"nin rusiyalı sabiq baş məşqçisi Yuri Syomin milli komandasının AVRO-2016-da qrupdan çıxmaq şanslarını dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bu gün Slovakiyaya məğlubiyyətdən sonra da ümidlərini itirmədiyini bildirib.
Syominin sözlərinə görə, vaxtilə baş məşqçisi olduğu millisinin əsas problemi ulduz futbolçuların olmamağıdır: "Biz Slovakiyaya uduzduq, ancaq onlardan heç nədə güclü deyilik. Slovakiyada Hamşik var, bizdə isə beləsi yoxdur. Tam ayrı iki komanda oynayırdı, ancaq biz aqressiyada uduzduq. Bu məğlubiyyətdə təkcə oyunçular yox, futbolumuzda olan bütün hamı günahkardır. Əsas odur ki, qrupdan çıxmaq şanslarımız yenə də qalır. Ancaq onu başa düşmək lazımdır ki, növbəti matçda nəyin hesabına qlaib gələ bilərik".
69 yaşlı çalışdırıcının fikrincə, ilk 2 oyun Rusiya yığmasının fiziki hazırlığının çox pis vəziyyətdə olduğunu göstərib: "İkinci məqam bizdə oyunun taleyini həll edə bilən futbolçunun olmamağıdır. Bu isə o deməkdir ki, nəticə qazanmaq üçün bütün futbolçular meydanda daha çox işləməlidir. Onlar ulduz futbolçular olmadıqlarını başa düşməlidirlər".