Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) "Qalatasaray" klubunun şikayətini təmin etməyib.
Sportnet.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytında bildirilir.
"Qalatasaray"ın 2012-2013, 2013-2014 və 2014-2015 mövsümlərində maliyyə "fair play"inin tələblərini pozduğuna görə UEFA Maliyyə Nəzarəti Komitəsinin (CFCB) İstintaq Komissiyası tərəfindən bir il müddətinə avrokuboklardan kənarlaşdırılması ilə bağlı qərarına martın 11-də CAS-a müraciəti rədd edilib", - deyə açıqlamada qeyd olunub.
Bununla da İstanbul komandasının 2016-2017 mövsümündə avrokuboklarda iştirak etməyəcəyi dəqiqləşib.
Qeyd edək ki, UEFA "Qalatasaray"ı qitə miqyaslı turnirlərdən bir il müddətinə kənarlaşdırıb.