
İspaniyanın "Barselona" klubu heyətini xorvatiyalı futbolçu ilə gücləndirmək istəyir. Sportnet.az-ın məlumatına görə, Xorvatiya yığmasının futbolçusu İvan Perişiç kataloniyalıların radarına düşüb.
İtaliya "İnter"ində çıxış edən Perişiçlə tezliklə danışıqlar başlayacaq. 27 nyaşlı futbolçu AVRO-2016-dakı çıxışı ilə Luis Enrikenin diqqətini cəlb edib.
Qeyd edək ki, Perişiç 2015-ci ildən "İnter"də çıxış edir.