
AVRO-2016-da qrup mərhələsinin ən gözəl qolu müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu, Macarıstan yığmasının futbolçusu Zoltan Geranın qrupun son turunda Portuqaliyaya vurduğu qol sayılıb.
UEFA həmin matçın 19-cu dəqiqəsində topu saxlamadan cərimə meydanından kənarından qapının sağ küncünə göndərməklə hesabı açan təcrübəli hücumçunu fərqləndirib.
Xatırladaq ki, Macarıstan 1/8 finalda Belçika, Portuqaliya Xorvatiya ilə görüşəcək.