Avropa Liqasının ilk təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan Gürcüstanın "Samtredia" klubunun kapitanı Georgi Datunaşvilinin Sportnet.az-a müsahibəsi
- Bu gün "Samtredia"ya nə oldu ki, belə hesabla uduzdu? Biz meydanda başqa komanda gözləyirdik...
- Oyunu əvvəli bizim üçün çox pis oldu. Sonradan özümüzü toparlaya bilmədik. Erkən qollar buraxdıq, 20-ci dəqiqədə hesabda artıq 0:3 geridə idik. Buna sonra oyuna qayıda bilmədik. Nəticə bizim üçün çox uğusuz alındı.
- "Qəbələ" sizə oynamağa imkan vermədi, yoxsa sizdə oyun alınmadı? Bəlkə həyəcan vardı...
- Hər halda, "Qəbələ" təcrübəli komandadır. Avropa Liqasında uzun müddətdir oynayır, ötən mövsüm qrup mərhələsində iştirak edib. Biz isə ilk dəfədir avrokuboklarda çıxış edirdik.
- Cavab matçından nə gözləyirsən? Səncə, hər şey artıq bitib, yoxsa?
- Növbəti mərhələyə çıxmaq şansımız çox azdır. Hər halda, belə güclü rəqibə 4 cavabsız qol vurmaq çətin məsələdir. Evdə oynasaq belə. Buna görə də ilk oyunda qalib gəlmək istəyirdik.
- "Qəbələ"də ən çox hansı futbolçunun oyunu xoşuna gəldi?
- Nika Kvekveskrinin.
- Həmyerlindən, ona görə?
- (gülür) Onu bəyəndim.
- Klub predenti, yaxud baş məşççi oyundan sonra bu nəticəyə görə üstünüzə gəldilərmi?
- Belə byük hesabla uduzmaq normal deyil. Oyunu təhlil edəcəyik. Bundan sonra baş məşqçi hər şeyi bizə deyəcək.
- Səncə, "Qəbələ"nin hazırkı gücü yenidən qrup mərhələsində çıxış etməyə imkan verir?
- Bəli, "Qəbələ" çox yaxşı komandadır. Ona Avropa Liqaısnda uğurlar arzulayıram.