Bu gün Avropa çempionatının ikinci 1/4 final qarşılaşması keçirilib. Sportnet.az-ın məlumatına görə, Lillin "Pyer Morua" stadionunda baş tutacaq görüşdə Uels və Belçika milliləri üz-üzə gələcək.
Matçda Belçika favorit sayılsa da, qələbəni brtinatiyalılar bayram ediblər. Uels hesabda geridə düşdüyü matçda 3 qol vuraraq əzmkar qələbə qazanıb. Bununla da Qarey Beylin lideri olduğu komanda yarımfinalda Portuqaliyaya rəqib olub. İlk yarımfinal matçı iyulun 6-da Lionda olacaq.
Avropa çempionatı, 1/4 final
23:00. Uels - Belçika - 3:1 (İKİNCİ HİSSƏ)
Qollar: Eşli Uilyams, 31, Hal Robson-Kanu, 55, Sem Vokes, 88 - Raca Naynqqollan, 13
Baş hakim: Damir Skomina
Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan
Əlavə köməkçi hakimlər: Matey Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)
Dördüncü hakim: Nikola Rits
Ehtiyat köməkçi-hakim: Elenito Di Liberatore (hər ikisi İtaliya)
Hakim-inspektor Mark Batta (Fransa)
UEFA nümayəndəsi Adonis Prokopyu (Kipr)
Lill. "Pyer Moro" stadionu
Digər yarımfinalçılar 2-3 iyulda keçiriləcək.