Panama çempionatında "Alianza" ilə "Sportinq San Migelito" komandaları arasında keçirilən qarşılaşma böyük qalmaqalla yadda qalıb.
Sportnet.az-ın məlumatına görə, görüşün son dəqiqələrində – hesab 2:2 olarkən qapıçı Xose Kalderon topu öz qapısından keçirərək komandasının 2:3 hesablı məğlubiyyətinə səbəb olub.
Qəribə epizod dərhal şübhələrə yol açıb.
Oyundan sonra komanda yoldaşı Qustavo Herrera sosial şəbəkələrdə sərt paylaşım edərək qapıçını açıq şəkildə nəticəni manipulyasiya etməkdə ittiham edib. Futbolçu bildirib ki, bəzi oyunçular idmanın nüfuzuna xələl gətirir və belə hallara son qoyulmalıdır.
Öz növbəsində Kalderon səhvini etiraf etsə də, ittihamları qəti şəkildə rədd edib: “Bu, uğursuz epizod idi və tamamilə qeyri-ixtiyari baş verdi. Komanda yoldaşlarımdan və azarkeşlərdən üzr istəyirəm”.
O, həmçinin əsassız ittihamlarla bağlı hüquqi addımlar ata biləcəyini də vurğulayıb.
Baş verən hadisə ilə bağlı Panama Futbol Liqası artıq rəsmi araşdırmaya başlayıb. Qurum bu olayın yarışın bütövlüyünə xələl gətirə biləcəyini bildirərək, işin sonadək araşdırılacağını açıqlayıb.
Sucedió en Panamá.
— Fernando Esquivel (@fer_esquivel22) May 3, 2026
En el duelo entre Alianza FC vs Sporting San Miguelito, jugada sobre los 90' y partido empatado; el Portero José Calderón hace esto y 3-2.
Ex mundialista y figura, ahora señalado por apuestas deportivas.
¿AMAÑO?pic.twitter.com/GlD0FVijOQ















































































