Avropa Liqasının I təsnifat mərhələsində "Samtredia" və "Qəbələ" komandaları arasında Gürcüstanda keçiriləcək cavab görüşünün hakimləri açıqlanıb. Sportnet.az-ın məlumatına görə, oyunu Yunanıstandan olan hakimlər idarə edəcək.
Maçtın baş hakimi Georgios Kizas olacaq.
Avropa Liqası, I təsnifat mərhələsi, cavab oyunu
7 iyul
19:00. "Samtredia" (Gürcüstan) - "Qəbələ" (Azərbaycan)
Baş hakim: Georgios Kizas
Yan xətt hakimləri: Çasan Koula, İoannis Sipkas
Dördüncü hakim: Aleksandros Aretopoulos (hamısı Yunanıstan)
Zestafoni. David Abaşidze adına stadion
Qeyd edək ki, Bakıda keçirilən ilk oyunda "Qəbələ" 5:1 hesabı ilə qələbə qazanıb.