Gəncənin "Kəpəz" klubunun Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Moldova "Daçiya"sının prezidenti Adlan Şişxanov tutduğu postdan gedib. Sportnet.az-ın məlumatına görə, Şişxanov bundan sonra komandanın meneceri vəzifəsində çalışacaq.
O, menecer işləməklə futbolçulara daha yaxın olacağını bildirib: "Bu yolla mən komandaya daha yaxın olacam, hadisələrin aktiv iştirakçısına çevirləcəm. Belə komandaya daha faydalı olacağıma inanıram. Komandaya daha çox uğur qazandıra bilərəm".
Qeyd edək ki, "Kəpəz"lə Bakıda keçirilən oyunda A.Şişxanovun texniki zonada dayanaraq baş məşqçinin əvəzinə futbolçulara göstəriş verməsi və oyunçu dəyişikliyi etməsi diqqət çəkib.