1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəhim Həsənov Maltada 5 dəfə əlini cibinə atdı
Bu gün Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində ilk cavab oyununu azərbaycanlı hakimlər briqadası idarə edib. Sportnet.a-ın məlumatına görə, "Birkikara" ilə "Şiroki Briyeq" (Şiroki Briyeq) arasında Maltada keçirilən təkrar matçda FİFA referisi Rəhim Həəsnovun başçılıq etdiyi briqadamız iş başında olub. Bununla da hakimlərimiz avrokuboklarda yeni mövsümdə debüt ediblər.
Həsənova "Hibernians Stadioum"da baş tutan oyunda yan xətdə Namiq Hüseynovla Vaqif Musayev, dördüncü hakim kimi isə Rauf Cabbarov yardımçı olub. Baş hakim maltalıların 2:0 hesabı ilə qalib gələrək mərhələ adladığı görüşdə 5 sarı vərəqə göstərib. Bunlardan 2-si meydan sahiblərinə, 3-ü qonaqlara olub. FİFA referimiz eyni zamanda 76-cı dəqiqədə "Şiroki Briyeq"in futbolçusu Stipo Markoviçin avtoqolunu qeydə alıb.
Xatırladaq ki, Bosniya və Herseqovinada keçirilən ilk matç 1:1 hesabı ilə nəticələnmişdi.