
"Kəpəz" Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "Daçiya" ilə cavab oyununa Bakıdakı hazırlığını başa vurub. Sportnet.az-ın məlumatına görə, Şahin Diniyevin yetirmələri son məşqini "Azərsun Arena"da ediblər. Bu gecə Kişinyova yollanacaq Gəncə təmsilçisi matça son hazılrığını orada keçəcək.
Xatırladaq ki, "Daçiya" - "Kəpəz" oyunu iyulun 7-də Bakı vaxtilə saat 19:00-da başlayacaq.