"Neftçi"nin güclü komanda olduğunu bilirik. Çalışacağıq ki, cavab matçında nəticə qazanaq". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Baltsan"ın kapitanı Steven Bezzina bildirib. Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi" ilə cavab marşı öncəsi "Bakcell Arena"da keçiirilən mətbuat konfransında hadqa fikirlərini bölüşən futbolçu rəqibin güclü futbolçularının olduğunu söyləyib: "Xüsusilə Araz Abdullayevi qeyd edə bilərəm. Motivasiya məsələsinə gəlincə, məğlubiyyət buna təsir etmir. Hesaba baxmayaraq, hər oyuna motivasiya ilə çıxırıq".
Xatırladaq ki, "Neftçi" səfərdə keçirilən ilk oyunda 2:0 hesabı ilə qalib gəlib.