1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz"i aparan bərbad yollar...
"Kəpəz" komandası Moldova "Daçiya"sı ilə Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşünü keçirmək üçün Moldovanın paytaxtı Kişinyovdan Speya şəhərinədək bir saatdan yol qət edib. Sportnet.az-ın oyuna ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, buna yolun uzaqlığı ilə yanaşı, bərbad vəziyyəti səbəb olub.
Komandanı stadiona aparan avtobus kənd evləri arasında yerləşən stadiona çətinliklə yetişib. Hətta müşayiətçi yol polisi belə stadionun yerini yol kənarındakı obyektlərdən soruşub. Amma yol kənarındakı təbiət mənzərələri və üzüm, günəbaxan əkini sahələri göz oxşayıb.
Speya şəhər stadionu 4 tərəfdən tribuna ilə əhatələnsə də, qapı arxasındakı tribunalara azarkeş buraxılmayacaq. Səbəb həmin sektorlarda plastik oturacaqların hələ quraşdırılmamasıdır. Oyuna 1 saat vaxt qalmış tribunalarda bir neçə azarkeş gözə dəyir.
Oyunun gündüz saatlarına (Moldova vaxtı ilə saat 18:00-a) salınmasının səbəbi də məlum olub. Bu, stadionda süni işıqlandırma sisteminin olmaması ilə əlaqədardır. Meydança ətrafında projektor dirəkləri olsa da, lampa yerləri qırılıb...
Qeyd edək ki, "Daçiya" - "Kəpəz" qarşılaşması Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.