1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Baltsan"ın baş məşqçisi: "Neftçi"dən futbolçu transfer etmək haqda düşünəcəyik"
"Çətin oyun keçdi. Komandamla fəxr edirəm. 90 dəqiqə əllərindən gələni etdilər. Açıq deyim ki, "Neftçi" texniki olaraq hazır və təşkilatlanmış komandadır". Sportnet.az-ın məlumatına görə, bunu fikirləri Maltanın "Baltsan" klubunun baş məşqçisi Oliver Spiteri
Baş məşqçi Avropa Liqasının I təsnifat mərhələsinin "Neftçi" klubu ilə Bakıda keçirilən cavab görüşündən sonra bunları bildirib: "Mərhələ keçə bilmədiyimiz üçün təəssüflənirəm. "Neftçi" evdə oynadığı üçün daha rahat idi. Biz də balansı oynadıq. Düşünürəm ki, ədalətli oyun keçdi. Azərbaycanın çox yaxşı futbolu var və texnikalı oyunçular var. Burada gənc futbolçular var və futbolunuzun gələcəyi parlaqdır. Amma psixoloji olaraq fikrimcə, biz daha çox hazır idik. Gözəl oyunun şahidi olduq. Üçüncü qolu da vura bilərdik, amma olmadı. Gənc futbolçularımızdan bir neçəsi var ki, `onlar gələcəkdə əsas heyətdə çıxış edə bilərlər. "Neftçi"nin futbolçusunu transfer etmək məsələsinə gəlincə, bu haqda düşünəcəyik (gülür)".