1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kərim Diniyev: "Bizi Şişxanovun fikirləri motivasiya etdi" - MÜSAHİBƏ
"Kəpəz"in futbolçusu Kərim Diniyevin Moldova "Daçiya"sı ilə Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündən sonra Sportnet.az-a müsahibə verib. Diniyev əvvəlcə səfərdə 1:0 hesabı ilə qalib gələrək mərhələ adladıqları görüş barədə danışıb...
- Çətin oyun oldu. Həm yol yorğunluğu var idi, həm də stadionadək məsafə uzaq idi. Amma istəyimizə çatdıq. Buna görə çox sevinirəm. Uşaqlar əllərindən gələni etdilər ki, mərhələni biz keçək. Başda komandanın məşqçilər heyəti, klub rəhbərliyi və inzibatçıları olmaqla, hamıya təşəkkür edib təbriklərimi çatdırıram. Bu gün "Kəpəz" tarix yazdı: Həm səfərdə qələbə qazandı, həm də mərhələ keçdi. Bu tarixin yazılmasında azacıq da olsa, əməyimə görə özümü xoşbəxt hiss edirəm. Tribunada bizi dəstəkləyən azsaylı azarkeşlərə və ürəyi burada olan tərəfdarlarımıza minnətdarlığı və təbriklərimi çatdırıram.
- Uzun səfər sizi çox yormadı?
- Həqiqətən də fiziki cəhətdən çox yorulmuşduq. Xüsusən, bu, özünü oyunun sonlarında göstərirdi. Çünki yol yorğunluğu fiziki durumumuza da təsir etmişdi.
- Nə vaxt hiss etdiniz ki, çatdırmaq çətindir?
- Əslində çatdırmamaq söhbəti olmadı. Fiziki cəhətdən yorğunluq olsa belə, mərhələ keçmək istəyi futbolçulara əlavə stimul verdi. Düzdür, ayaqlarımızda yorğunluq hiss olunurdu, bəzi futbolçularda qıcolmalar baş verirdi. Amma qələbə istəyimiz o qədər böyük idi ki, bu yorğunluq heç vecimizə deyildi. Bundan başqa meydanda daha çox hərəkət edən, daha çox güc sərf edən biz idik. Yaxşı ki, əziyyətimiz hədər getmədi.
- Hesab 1:0 "Kəpəz"in xeyrinə olarkən, baş hakim "Daçiya"nın penalti istəyini rədd etdi...
- Həmin epizodu dəqiq görə bilmədim. Səhv etmirəmsə, bizim müdafiəçinin əli bağlı idi. Amma referi səhv edibsə... Yaxşı ki, vermədi.
- Növbəti rəqibiniz Avstriyanın "Admira" komandası olacaq...
- Arzudan arzu doğar. Biz "Daçiya" ilə rəqib olanda çoxları mərhələ keçəcəyimizə şübhə ilə yanaşırdı. Rəqib həqiqətən də güclü komanda idi. Maliyyə cəhətdən də bizdən üstün durumdadırlar. Amma bizimki qədər qələbə istəyi hiss olunmurdu. Növbəti rəqibin "Admira" olduğunu sizdən öyrəndim. Amma bizim üçün rəqibin kimliyi fərq etmir. Meydana çıxıb var gücümüzü ortaya qoyaraq qələbə qazanmağa çalışacağıq.
- "Daçiya"nın meneceri Adlan Şişxanovun oyunöncəsi "Kəpəz" haqda dediyi sözlərdən yəqin ki, məlumatlısınız. Bu açıqlamaları sizə əlavə motivasiya verməmişdi?
- Az-çox xəbərimiz var idi. Amma biz futbolçular belə şeylərə fikir verməməliyik. Düzü, motivasiya olunmağımızda Şişxanovun bu fikirlərinin müəyyən qədər təsiri oldu. Əsas məsələ qələbə istəyi idi. Motivasiyanın böyük hissəsini bu amil verdi.