1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"nin yeni transferi: "Daha çətin rəqiblə sınağa hazır olmalıyıq" - MÜSAHİBƏ
"Neftçi”nin venesuelalı yarımmüdafiəçisi Edson Kastilyo Avropa Liqasının I təsnifat mərhələsində Maltanın "Baltsan" klubu ilə oyundan müsahibə verib. Yeni legioner Sportnet.az-ın matçda olan əməkdaşının da sualını cavablandırıb.
- Mərhələ keçsəniz də, cavab matçında məğlub oldunuz. Bunun səbəbini nədə görürsən?
- Ciddi məğlubiyyət deyildi. Qarşımıza mərhələ adlamaq vəzifəsi qoyulmuşdu. Uduzmağımıza baxmayaraq, ikinci mərhələyə çıxdıq. Bu baxımdan cavab oyunundakı nəticə önəmli deyil.
- Amma azarkeşlər çox narazı qaldı. Artıq növbəti oyunda yaxşı nəticə ilə bağlı onlarda ümid yoxdur...
- Azarkeşlər hər zaman qollar gözləyir ki, bu da normaldır. Biz də bunun üçün əlimizdən gələni edirik. Ancaq qarşıya məqsəd qoyulub və buna doğru irəliləyirik. Hər komandanın güclü tərəfləri var. Rəqibi zəif və ya güclü sayıb qrupa bölmək olmaz. Bəzən yaxşı oynamadığın oyunda qələbə qazanırsan. Bəzən isə tərsinə olur.
- Mərhələ adlasanız da, futbolçular sevinmirdilər. Niyə?
- Məyusuq, çünki doğma meydanda çəğlub olmuşuq. Amma ümumi nəticəni nəzərə almaq lazımdır. Bu cür duellərdə 1 yox, 2 matçın nəticəsi sayılır. Mərhələ adladığımıza görə şadıq.
- Bayaqdan nəticəni qabardırsınız. Ancaq oyun planında problemlər çox idi. Eyni zamanda, yeni transferlər, elə özün heç nə ilə yadda qalmadın, diqqəti cəlb etmədin. Bunu necə izah edərdin?
- Komandamız çox güclüdü. Yeni transferlər uyğunlaşmağa çalışır. Yeni olmağımıza baxmayaraq, özümüzü yaxşı tərəfdən göstərmək istəyirik.
- Baş məşqçinin oyundan əvvəl sizə tapşırığı nə idi? Hücuma, yoxsa müdafiəyə kömək etməli idiniz?
- Əsas işim müdafiəyə kömək etmək idi. Amma hücumlar zamanı qoşulur, komanda yoldaşlarıma kömək edirdim.
- Vəli Qasımov oyundan sonra komandaya nə dedi?
- Dedi ki, hər şey yaxşıdı. Qarşıdakı matça baxmalıyıq. Bizi daha çətin rəqib gözləyir və buna hazır olmalıyıq.
- Üzərinizə düşən missiyanı meydanda yerinə yetirə bildinizmi?
- Normal oynadım. Hansısa problem yaşadığımı düşünmürəm.