1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Sən saydığını say, gör "Kəpəz" nə sayır...
"Kəpəz" avrokuboklarda mərhələ adlayan növbəti Azərbaycan klubu olub. Sportnet.az-ın məlumatına görə, Şahin Diniyevin komandası bunu reallaşdırdığı Avropa Liqasında cari mövsümün də tarixinə düşüb.
Belə ki, Gəncə təmsilçisi turnirin ilk təsnifat mərhələsində uduzmayan və qol buraxmayan yeganə komandamız olub. İlk mərhələdə uduzmayan komandalar olsa da, qapısını toxunulmaz saxlaması ilə "Kəpəz" öyünə bilər.
Hərçənd, Moldovanın "Daçiya" klubu ilə evdəki qolsuz bərabırlikdən sonra çoxları bədbin fikirdə idi. Düşünürdülər ki, qalib gələ bilməyən yeganə komandamız olan Gəncə təmsilçisi böyük ehtimalla Moldovada istənilən nəticəni qazana bilməyəcək və mübarizəni dayandıracaq. Ancaq necə deyərlər, sən saydığını say, gör "Kəpəz" nə sayır. "Kəpəz" nəinki mübarizəni dayandırmadı, əksinə, 3 klubumuz arasında ən çox reytinq xalı yığa bildi. Axı "Qəbələ" ilə "Neftçi" cavab matçlarında uduzdular və reytinqimizə yalnız ilk oyunlardakı 0,250 xalı qazandırdılar. Gəncə təmsilçisi isə 2 oyunda da xal qazana bildi və bu, ümumilikdə 0,375 oldu. Deməli, ölkəmiz ilk təsnifat mərhələsindən sonra hesabına 0,785 xal yaza bildi.
Qeyd edək ki, bu, "Kəpəz"in avrokuboklarda həm də ilk səfər qələbəsi olub. Bunadək rəqib meydanında bir qayda olaraq uduzan gəncəlilər yeganə qələbəsini Çempionlar Liqasında evdə Makedoniyanın "Sloqa Yuqomaqnat" klubu üzərində qazanmışdı. Ancaq Respublika stadionundakı həmin 2:1 hesablı qələbə təsəllidən başqa bir şey olmamışdı.