"Qəbələ"nin futbolçusu Teo Uiks avrokuboklarda cari mövsümündə artıq vahid bombardir deyil. Sportnet.az-ın məlumatına görə, I təsnifat mərhələsindən sonra 26 yaşlı liberiyal yarımmüdafiəçinin şəriki də ortaya çıxıb.
Bu, Kipr AEK-inin makedoniyalı futbolçusu İvan Triçkovskidir. O, Larnaka təmslçisinin heyətində San-Marino "Folqore"sinə qalib gəldikləri oyunlarda (evdə 3:0, səfərdə 3:1) dubl edib. Nəticədə həm Triçkovskinin, həm də Uiksin hesabında hərəyə 4 qol var. Hər halda, "Qəbələ"nin legioneri avrokuboklarda yeni növsümdə hələ də yeganə het-trikin müəllifinin omasıyla öyünə bilər. Çempionlar Liqasında ilk təsnifat mərhələsində cəmi 8 oyun keçirlib və orada heç 3 qol vuran futbolçu da yoxdur.
Triçkovski futbolsevərlərimizə tanış oyunçudur. O, 2011-ci ildə və bu il Makedoniya yığmasının heyətində millimizə 1:0 və 3:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşlərində iştirak edib.
Xatırladaq ki, Uiks 4-cü qolunu Gürcüstan "Samtredia"sına səfərdə 1:2 hesabı ilə hesabı uduzduğmuz matçda vurub. Klublarımızın cavab matçlarında digər qollarının müəllifləri braziliyalı legionerlər - "Neftçi"dən müdafiəçi Jayro Rodriges, "Kəpəz"dən yarımmüdafiəçi Dario Federikodur. Onlar klublarında avrokuboklarda qol hesablarını açıblar. Rodriges bunu "Baltsan"la (Malta) ev, Fedeiko "Daçiya" (Molodva) ilə səfər matçında gerçəkləşdirib.