AVRO-2016-nın bombardiri olan Antuan Qrizmmann turnirin tarixinin rekorduna doğru gedir. Sportnet.az-ın məlumatına görə, hesabında 6 qol olan Fransa yığmasının hücumçusu bir final mərhələsində vurulan qollarda bir çox futbolçuları keçib.
Bunlar 5 dəfə fərqlənənlərdir.
Mütləq rekord isə 1984-ci ildən bu yana qırılmazdır və o da fransıza məxsusdur. Təbii ki, söhbət əfsanəvi Mişel Platinidən gedir. O, 32 il öncə qalibi olduğu Avropa çempionatında 9 qol vurub.
Qrizmannın həmyerlisinə çatmağa, hətta onu keçməyə nəzəri cəhətdən şansı var. Bunun üçün "Atletiko Madrid"in hücumçusu finalda Portuqaliya iə matçda het-trik və ya poker etməlidir. Yeri gəmişkən, cari final mərhələsində hələ ki buna nail olan futbolçu olmayıb. Dubllar çox olub ki, onlardan 2-si Qrizmanna məxsusdur. Antuan 2 dəfə dubl müəlliif olması ilə də seçilir.
Qrizmannın finalda rəqibi olacaq Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldu isə Platiniyə çatıb. Bu, hücumçunun 4 final mərhələsində vurduğu 9 qolla bağlıdır. Göründüyü kimi, Ronaldu 1 qol vursa, Avropa çempionatlarının yeni bombardiri olacaq. Qrizmannın isə ilk dəfə final mərhələsinin iştirakçısı olması uğurunun çəkisini artırır. Yəni, onun gələcəkdə Platinini, Ronaldunu keçərək yeni rekordçu olmağa yaxşı şansı var.