Portuqaliya milli komandasının futbolçusu Rikardo Karvalyu Avropa çempionatlarının tarixinə düşüb. Sportnet.az-ın məlumatına görə, müdafiəçi turnirin qalibi olan ən yaşlı futbolçu olub.
Karvalyu buna 38 yaş 53 günlüyündə nail olub. "Monako"nun mərkəz müdafiəçi AVRO-2016-nın qrup matçlarında əsas heyətdə meydana çıxaraq 90 dəqiqədə oynasa da, pley-offda şans qazanmayıb.
Xatırladaq ki, Karvalyu 2003-cü ildən şərəfini qoruduğu millidə 89 oyunda 6 qol vurub.








































































