Azərbaycan klublarının futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsindəki oyunlarına təyinatlar açıqlanıb. Sportnet.az-ın məlumatına görə, "Neftçi"nin ev, "Kəpəz"lə "Qəbələ"nin səfər oyunlarını müvafiq olaraq, Belarus, Monteneqro və İsveçdən olan hakimlər briqadası idarə edəcək.
Avropa Liqası, II təsnifat mərhələsi
İlk oyunlar
14 iyul
20:00. "Neftçi" (Azərbaycan) - "Şkendiya" (Makedoniya)
Baş hakim: Sergey Tsinkeviç
Yan xətt hakimləri: Yevgeni Romanov, Vitali Malyutin
Dördüncü hakim: Viktor Şimusik (hamısı Belarus)
Bakı, "Bakcell Arena"
21:00. "Admira" (Avstriya) - "Kəpəz" (Azərbaycan)
Baş hakim: Pavle Radovanoviç
Yan xətt hakimləri: Dimitriye Mrqudoviç, Aleksandar Cikanoviç
Dördüncü hakim: Miloş Savoviç (hamısı Monteneqro)
Sent-Polten, "NV Arena"
22:30. MTK (Macarıstan) - "Qəbələ" (Azərbaycan)
Baş hakim: Boyan Panciç
Yan xətt hakimləri: Ştefan Hallberq, Maqnus Syöblom
Dördüncü hakim: Mohammed Əl-Hakim (hamısı İsveç)
Dyör, "Dyirmoti" stadionu.