1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz"in rəqibi günahkar qapıçını yox, əvəzləyicisini qovdu
"Kəpəz"in Avropa Liqasının I təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Moldovanın "Daçiya" klubu heyətlə bağlı islahatlarını davam etdirir. Sportnet.az-ın məlumatına görə, Kişinyov təmsilçisi daha 3 futbolçunu qovub.
Bunlar qapıçı Artyom Qaydukoviç, müdafiəçi Məcid Nəziri və hücumçu Andrey Buqnyakdır. Klubu eyini zamanda qapıçılarla işləyən məşqçi Yevgeni Matyugin tərk edib.
Məlum olduğu kimi, "Daçiya" "Kəpəz"ə ev oyununda qapıçısının buraxdığı kobud səhv nəticəsində 0:1 hesabı ilə uduzaraq mübarizədən kənarda qaldı. Ancaq moldovalıların yollarını ayırıdığı qapıçı bu, yox, onun əvəzləyicisidir. Günahkar Dumitru Seleadniki saxlayan "Daçiya" "Kəpəz"lə oyunlarda adı heç protokolda olmayan, ancaq UEFA-ya göndərilən iştirak ərizəsində yer alan 3-cü qapıçısını çıxarıb. Nəziri "Kəpəz"lə oyunlarda ehtiyatda qalıb, Buqnyak isə sona yaxın meydana çıxıb.
Xatırladaq ki, "Daçiya" daha öncə ukraynalı legionerləri - Denis Kojanov, Rinar Valeyev və Andrey Slinkini heyətindən kənarlaşdırıb.