Rusiya mətbuatı azərbaycanlı futbolçu Ramil Şeydayevin ölkəmizin vətəndaşlığı alması ilə bağlı müzakirələri davam etdirir. Sportnet.az-ın məlumatına görə, bu dəfə rusiyalı idman hüquqşünası Mixail Prokopetsə müraciət olunub.
O, "Trabzonspor"a keçən keçən 20 yaşlı hücumçunun Azərbaycan millisində oyamaq hüququnun olmadığını bildirib. Hüquqşünas fikrini belə əsaslandırıb: "FİFA-nın reqlamentinə əsasən futbolçu yeniyetmələr və gənclərdən ibarət yığmalarda rəsmi oyunlarda meydana çıxıbsa, yalnız bir halda futbol vətəndaşlığını dəyişə bilər. Bu, şərəfini qorumaq istədiyi ölkənin pasportuna həmin matçlar zamanı malik olmasıdır. Məlum olduğu kimi, Şeydayev 2013-cü ildə Rusiya yığmasının heyətində yeniyetmələr arasında Avropa çempionatının qalibi olub. O, 2015-ci ildə isə Rusiyanın gənclər yığmasında debüt edib. Mətbuata inansaq, Ramil Azərbaycan vətəndaşlığını yalnız bu yay alıb. Buna əsasən Şeydayevin Azərbaycan yığmasında çıxış etmək hüququ yoxdur".
Xatırladaq ki, Azərbaycan pasportu alan, millmizdə oynamaqla bağlı AFFA-ya müraciət edən Şeydayevin bu istəyinin həyata keçirilmsi ilə bağlı FİFA-ya sorğu göndərilib. Orada futbolçunun vətəndaşlığının dəyişdirlməsi ilə bağlı müraciət olunub.