Türkiyə mətbuatı "Trabzonspor"unyeni transferi olan azərbaycanlı futbolçu Ramil Şeyadyevi diqqətdə saxlayır. Spirtnet.az-ın məlumatına görə, komandanın Slovakiyadakı təlim-məşq toplanışnı izləyən "Fanatk" qəzetinin müxbiri Sərkan Hacıoğlu təəssüratlarını qələmə alıb.
O, Şeydayevi Türkiyə yığmasının əsas hücumçularından olan Burak Yılmaz bənzədib. Həmkarımızın yazdığına görə, baş məşqçi Ərsun Yanal 2 gündür yaxından maraqlandığı Ramildən yaxşı mənada çox təsirlənib: "Yanalın yeni mövsümdə cinahları istifadə edib yüksək səviyyəli mərkəz hücumçusu ilə oynamağı düşünürsə, Ramil kimi ac biri ismin burada özünü göstərmək üçün hər şeyi edəcəkdir. Ramili bir az "Trabzonspor"lulara anlatım. Toplanışa gələn ilk və yeni transfer kimi hər kəs onu soruşur, təbii olaraq ona maraq göstərir. Biz bir az daha şanslıyq. Çünki onunla vaxt keçirmək imkanı tapdıq. 1,87 metr boya malik istedadı ilk baıxşda Burak Yılmaza və komanda yoldaşı Muhammet Bəşirə bənzətməmək mümkün deyil. Bu fiziki görünüş bənzərliyi olsa belə, özündən gözləntiləri artırır. Ramil gəldiyi qısa müddət oldu, ancaq oldquca iddialıdır. Bəllidir ki, "Traboznspor" və Türkiyəni karyerası üçün təkan kimi görür. Qazanacağı pullar bəlkə "Trabznspor"da bir futbolçunun illik maaşıdır, ancaq bu rəqəmlər də özü üçün böyük üstülnlükdür. Ərsun Yanalı təsirləyən raportda oyunçunun sürətlə artımı transferdə əsas rol oynayıb. Yəni Burak Yılmaz kimi cərimə meydanında qolla bitirən, uzaq məsafədən yaxşı zərbələri ilə ön plandadır".