Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən "Sumqayıt” qonşu ölkədə dörd yoxlama oyunu keçirməyi planlaşdırır. Sportnet.az-ın məlumatına görə, Sanir Abasovun komandasının ilk rəqibi artıq müəyyənləşib.
Bu, Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Xalic" klubudur. Qarşılaşma iyulun 15-də yerli vaxtla saat 17:00-da (Bakı vaxtilə saat 18:00-da) "Fənərbağça" Topuk Yaylası İdman Kompleksində keçiriləcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının yüksək liqasında mübarizə aparan "Al Khaleej" klubu 1945-ci ildə yaradılıb. Rəqib 2015/2016 mövsümünü 33 xalla 14 komanda arasında 7-ci pillədə başa vurub.