1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"nin qapıçısı: "Əsas məqsədimiz qol buraxmamaq idi" - MÜSAHİBƏ
"Neftçi"nin xorvat qapıçısı Krşevan Santini Avropa Liqasının II təsnifat mərhələsində Makedoniyanın "Şkendiya" klubu ilə oyundan sonra brifinq keçirib. Sportnet.az-ın oyunda olan əməkdaşının məlumatına görə, mövsümlərarası fasilədə gələn legioner jurnalistlərin suallarını cavablandırıb.
- Avrokuboklarda yenə evdə qalib gələ bilmədiniz. Oyunu necə təhlil edərdin?
- Hər iki tərəfin qol vurmaq və qələbə qazanmaq şansları vardı. Ancaq bunları reallaşdırmaq heç bir komandaya nəsib olmadı. Bizi qarşıda daha bir 90 dəqiqə gözləyir. Makedoniyaya qələbə qazanmaq üçün yollanacağıq.
- "Neftçi”nin "Baltsan”la cavab oyununa nisbətən daha yaxşı oynadığını demək olarmı?
- Bununla tam razıyam. Düzgün qeyd etdiniz, bu dəfə təşvişə düşmədik, yaxşı oynadıq. Azarkeşlərə də bizi sona qədər dəstəklədiklərinə görə minnətdarlığımı bildirirəm
- Amma azarkeşlərin bir hisəsi komandanı fitə basırdı...
- Başa düşürəm ki, "Neftçi” Azərbaycanın ən köklü və böyük klublarından biridir. Bu baxımdan azarkeşlərin hər matçda komandadan qələbə istəmək haqqına malikdir. Biz də onları sevindirmək istəsək də, alınmadı. Futbolda hər cür vəziyyətlə üzləşmək olur. Bəzən oyun yaxşı alınır, bəzən də pis. "Baltsan”ın timsalında bunu gördük. Heyətimiz yeni yığıldığından zamana ehtiyacımız var.
- Rəqib topla "Neftçi"dən daha yaxşı oynayırdı. Hətta "Skendiya"nın qol epizodları bizdən dəfələrlə çox idi...
- Biz onları arxa xətdə qarşılamağa çalışırdıq. Çünki rəqibin heyətində texnikalı futbolçular çox idi. Onları irəli buraxdıq və əsas məqsədimiz qol buraxmamaq idi.
- "Neftçi”nin gözlənilən hücum futbolunu oynamaması nəylə bağlı idi?
- Hücum deyəndə, Fransa da Portuqaliyadan daha çox hücum etdi, ancaq sonda finalda uduzdu. Bu, futboldur. Oyunun alınıb-alınmamasının da təsiri var. Biz heyət yeni toplaşdığı halda, rəqiblərimiz – həm "Baltsan”, həm də "Şkendiya”nın futbolçuları 4-5 ildi eyni heyətlə çıxış edir. Ona görə də meydanda anlaşmaları daha yaxşı olur.