
"Qarabağ"ın Çempionlar Liqasında (ÇL) rəqibi olan "Viktoriya" Azərbaycan klubları ilə yoldaşlıq görüşlərində ülzəşib. Sportnet.az-ın məlumatına görə, bunun biri elə "Qarabağ"la olub.
Avstriyadakı təlim-məqş toplanışı çəçivəsində 2014-cü ilin iyulun 4-də keçirilən həmin matç Qurban Qurbanovun komandasının 3:1 hesablı qələbəsi ilə nəticələnib. "Qarabağ"dan qolları Reynaldo Silva (3-cü dəqiqə), Leroy Corc (28-ci dəqiqə) və Muarem Muarem (70-ci dəqiqə) vurub. "Viktoriya"nın yeganə qolunun müəllifi isə 2008-cin ildən onun şərəfini qoyuran təcrübəli yarımmüdafiəçi Daniel Kolarj olub.
Bundan 3 il öncə elə Avstriyada yay tolanışında "Neftçi" "Viktoriya" ilə qüvvəsini sınayıb. Arif Əsədovun həmin vaxt baş məşqçisi olduğu komanda ÇL-də oyununa hazırlaşırdı. İyulun 5-də keçirilən matçda çexlər 1:0 hesabı ilə qalib gəlib. Maraqlıdır ki, 89-cu dəqiqədə qələbə topunun müəlliif olan 37 yaşlı müdafiəçi Marian Çişovski indi də "Viktoriya"da oynayır.