
"Bizi çox çətin oyun gözləyir, bunu hamımız başa düşürük. "Admira” güclü, komplektləşmiş komandadır, sürətli oynayırlar. İkinci oyunda hər şey baş verə bilər". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Kəpəz"in hücumçusu Julien Ebah deyib. Kamerunlu bombardir Avropa Liqasının II təsnifat mərhələsində Avstriya "Admira"sı ilə bugünkü cavab oyunu öncəsi fikirləri klubunun rəsmi saytına açıqlayıb: "Evdə oynayırıq, təbii ki, bizə sərf edən nəticəni qazanmağa çalışacağıq. Onu da deyim ki, əgər səfərdə ələ düşən imkanları dəyərləndirə bilsəydik, ilk oyunda heç-heçənin qeydə alınması mümkün idi. Avstriyada bacardığımızı etdik. Məncə, orada qarşımıza qoyulan tapşırığın öhdəsindən gələ bildik. Taleyimiz öz əlimizdədir, tarixi fürsəti əldən buraxmamalıyıq”.