1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Müşahidə Şurası mükafat deyibsə, mütləq veriləcək"
"Neftçi"nin Müşahidə Şurasının üzvü Səməd Qurbanov Avropa Liqasının I təsnifat mərhələsində Maltanın "Baltsan" klubunu keçməyin müqabilində nəzərdə tutulan mükafatın verilməməsi ilə bağlı mətbuatda yayılan məlumata münasibətini bildirib. Veteran futbolçu Sportnet.az-ın Skopyeyə ezam olunmuş açıqlamasında belə bir şeydən xəbərdar olmadığını bildirib.
Qurbanov bunu klubda maliyyə işlərinə qarışmaması ilə əlaqələndirib: "Mükafatı Müşahidə Şurası müəyyənləşdirir. Ola bilsin ki, 5-10 gün sonra olsun. Ancaq mükafat deyilibsə, mütləq veriləcək. Başqa söhbət ola bilməz".
Xatırladaq ki, "Neftçi" "Baltsan"ı keçsə də, evdə çox zəif oynayaraq 1:2 hesabı ilə uduzub. Bundan narazı olan rəhbərliyin mükafatı ya birdəfəlik kəsəcəyi, ya da ən yaxşı halda III təsnifat mərhələsində Makedoniyanın "Şkendiya" klubuna keçəcəyi halda veriləcəyi haqda söz-söhbətlər gəzir. "Neftçi" bu mərhələdə ilk matçını evdə keçirərək qolsuz bərabərlik edib.