1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cavid İmamverdiyev: "Azarkeşlərə nə cavab verəcəyimizi bilmirəm"
"Çox ağır oyun oldu. Biz bura qələbə qazanmaq üçün gəlmişdik. Rəqib yaxşı komanda idi. Sona kimi mübarizə apardıq. Lakin alınmadı". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Cavid İmamverdiyev Makedoniyada "Şkendiya"ya 0:1 hesabı ilə uduzaraq, mübarizəni dayandırdıqları Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.
O bildirib ki, son dəqiqədə yaxşı mövqedə olmağıma baxmayaraq, qol vura bilmədiyindən çox məyusdur: "Həmin epzodda qarşımda 3 müdafiəçi var idi. Topu yaxşı görə bilmədim. Həm də düşündüm ki, yan xətt hakimi bayrağı qaldırıb. Azarkeşlərə nə cavab verəcəyimi bilmirəm. Onlardan utanıram və üzr istəyirəm".
İmamverdiyev oynamaq istədiyini və ehtiyatda oturmağa layiq olmadığını bildirib: "Düşünürəm ki, matça tam hazır idim. Üstəlik, indiyə kimi Avroliqada keçirdiyimiz 4 oyunun heç olmasa birində start heyətdə olmağa layiqli idim. Mənim o yaşım deyil ki, ehtiyatda oturum. Oynamaq istəyirəm. Bundan sonra əsas heyətdə olmasam, komandadan getmək istədiyimi rəhbərliyə çatdıracağam”.