1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Belə getsə, başqa komandaya keçəcəyəm" - MÜSAHİBƏ
"Neftçi"nin futbolçusu Cavid İmamverdiyev Makedoniyanın paytaxtı Skopyedə "Şkendiya"ya 0:1 hesabı ilə uduzaraq, Avropa Liqasının II təsnifat mərhələsində mübarizəni dayandırdıqları cavab görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb: Sportnet.az-ın Skopyeyə ezam olunmuş əməkdaşı İmamverdiyevin müsahibəsini təqdim edir...
- Gərgin oyun keçdi, çoxlu qol imkanlarımız oldu. Təəssüf ki, mərhələ keçə bilədik. Azarkeşlərmiz, rəhbərlik, xalqımız mərhələni adlamağmızı istəyirdik. Çox pis vəziyyyətdəyik. Karyeramda ən çox üzüldüyüm oyun oldu.
- Matçda demək olar, ən real qol vəziyyətini sən yaxalasan da, istifadə edə bilmədin…
- Qarşımda 3 oyunçu var idi, topu görmədim. Başla vurmaq istəsəm də, top qarnıma dəydi, yerə yıxıldım. Sonra isə rəqib qapıçı və müdafiəçi yaxınlığımda idi. Elə də real qol şansı olduğunu deməzdim. Həmin epizodda səhv etmirəmsə, ofsayd var idi.
- Azarkeşlərə nə deyə bilərsən?
- Onlara nəsə deməyə üzümüz yoxdur. Bəzən qalib gəlirik, bəzən məğlub oluruq, yenə yanımızdadırlar. Özümüzü toparlayıb, ölkə çempionatına hazırlaşmalıyıq. Başqa yolumuz yoxdur.
- Son vaxtlar ehtiyatda qalırsan, çempionatın isə startına az qalıb. Formanı nə vaxt yığacaqsan?
- Düzdür, ehtiyatda qalıram. Bu da baş məşqçimizin fikirləridir. Qol şanslarını qaçırmağım da oynamamğımla əlaqədardır. Özümü matçlara hazıram və düşünürəmm ki, start heyətində yer almalıyam. Amma baş məşqçimizin də fikrinə hörmətlə yanaşıram. Aramızda problem yoxdur.
- Baş məşqçi ilə bu barədə söhbət etmisən?
- Xeyr, amma məşqlərdə özümü sübut etməyə çalışıram. Oynamadıqca praktikam azalır, sonradan meydana çıxdıqda isə mənə çox çətin olur. Fikrimcə, məni heç olmasa avrokuboklarda 1 matçda belə start heyətində yer almalı idim. Bu mənim düşüncəmdir. Buna baxmayaraq, Vəli Qasımov nə desə onun əmrinə tabe olmalıyıq.
- Belə davam etsə, "Neftçi”dən ayrıla bilərsənmi?
- Bəli, oynamasam, məcburam ki, rəhbərliklə danışıb, bir qərara gəlib, başqa komandaya keçim. Elə yaşımdayam ki, ehtiyatda oturan vaxtım deyil. Oynamaq istəyirəm. Qeyd etdiyim kimi, şansları qaçırmağım da bəlkə az oynamağımdan irəli gəlir. Topla oynamağı sevən futbolçuyam. Meydanda olduğum 5-10 dəqiqə elə mənim isinməyimə bəs edir.
- Bəlkə məşqçi ilə söhbət edəsən. Ola bilərmi ki, onun oyun sisteminə uyğun gəlmirsən?
- Vəli müəllimə böyük hörmətim var. O, belə düşünürsə, tabe olmalıyam. Mənim ona nəsə deməyim düzgün deyil. Çalışram ki, məşqlərdə özümü göstərim.