1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Viktoriya" "Qarabağ"la bağlı ciddi yanlışlığa yol verdi
Çexiyanın "Viktoriya" klubu Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibi olan "Qarabağ" barədə ciddi yanlışlığa yol verib. Sportnet.az-ın məlumatına görə, Plzen təmsilçisinin mətbuat xidməti Azərbaycan çempionunu təqdim edərkən onun təmsil etdiyi Ağdam şəhərinin Dağlıq Qarabağda gedən müharibə zamanı tam olaraq Dağlıq Qarabağ Respublikasının nəzarəti altına keçdiyini yazıb. Bunu "Viktoriya"nın rəsmi saytında məlumatla tanış olarkən görmək mümkündür.
Göründüyü kimi, çex həmkarlarımız məsələni tam araşdırmağa və "Qarabağ" klubuna məlumat aydınlaşdırmaq məqsədilə müraciət etməyi ehtiyac duymayıblar və internetdə qarşılarına çıxan ilk informasiyadan yararlanmağı daha üstün tutublar.
Xatırladaq ki, Ağdam inzibati mərkəzi Ağdam şəhəri olmaqla ərasizisnin böyük bir hissəsi erməni işğalı altında olan rayondur. İşğal nəticəsində Ağdamın yalnız 10 kəndi Azərbaycanın nəzarəti altındadır.