1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
PFL prezidenti: "Bəzi gənclər qazanmadığımız pulu 22-23 yaşında qazanır"
"Hər birimizin məqsədi milli komanda üçün oyunçu yetişdirməkdir. Yerli oyunçularımızın inkişaf etməsi və legionerlərin səviyyəsinin yüksəlməsi üçün bu limiti qoyduq. Vaxtı ilə legionerlərə görə 20 min manat rüsum ödənilirdi. Bu addımı ona görə etmişdik ki, klublarımız səviyyəli futbolçularla güclənsinlər”. Sportnet.az-ən məlumatına görə, bu fikirləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Premyer Liqanın püşkatamasında bildirib. Onun sözlərinə görə, hazırda legioner limitinin azaldılması nəzərdə tutulmayıb: "Əvvəl qərara alınmışdı ki, öz millisində oynayan futbolçu üzvlük haqqından azad olsun. Bütün bunlar ona görə idi ki, gələn legionerlərin səviyyəsi yüksək olsun. Əvvəl 5-10 minə bir avtobus legioner gətirirdilər. Bunun qarşısını almaq üçün hazırkı limit qəbul olundu. Bəzi gənclər bizim ömrümüz boyu qazanmadığımız pulu 22-23 yaşında qazanır. Düşünürdülər ki, bununla da həyat bitdi. Sonra da AFFA-ya gəlib iş istəyirlər. Ad çəkməyim, düz çıxmaz. Elə futbolçu var ki, üz-üzə gələndə məndən kömək istəyir. Deyir ki, dolanmaq çətindi. Halbuki vaxtında deyirdik ki, gələcəyinizi təmin edin. Son çempionatda məlum oldu ki, pul az olanda daha yaxşı iş gedir. Bu il daha çox yerli futbolçu qazanacağıq. Çünki onlar özlərini göstərməyə məcburdurlar”.
PFL prezidenti bildirib ki, milli komandaya oyunçu seçərkən baş məşqçi çətinlik çəkir: "Legioner limitinin azaldılması millimizin oyunçularının hazırlıq səviyyəsinin maksimuma çatdırılması üçündür. Çempionatdakı klubların sayının az olmağı heç də pis hal deyil. Keyfiyyətsiz 30-36 klubun olmağındansa keyfiyyətli 8 komandanın olmağı daha yaxşıdır. Bu gün heç bir klub deyə bilməz ki, hansısa hakim kimdənsə nəsə istəyir. Keçən mövsüm hakimlərimiz avrokuboklarda maraqlı oyunlar idarə etdilər. Çünki orada sərbəstlik var. Heç bir hakimə oyunla bağlı heç nə deyilmir. Kimin udmağı, kimin uduzmağı komandalardan asılıdır".