
Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin ilk oyunlarının başa çatmasından sonra UEFA-nın reytinq siyahısı növbəti dəfə açıqlanıb. Sportnet.az-ın məlumatına görə, cari mövsümdə 2, son 5 mövsümün nəticələrinə görə 15,500 xalı olan Azərbaycan 24-cü pillədə qalıb.
Ən yaxın izləyicimiz olan Kiprlə aradakı xal fərqi dəyişməz qalıb. Bu, ona görədir ki, həmin ölkənin ÇL-də təmsilçisi olan APOEL ötən axşam səfərdə Norveçin "Rusenborq" klubuna məğlub olub - 1:2. Bununla da Azərbaycanla Kipri yenə 0.325 xal qabaqlayır.
Azərbaycandan 1 pillə irəlidə olan Şotlandiya isə xal fərqini 1,050-ə qədər artıra bilib. Çünki bu ölkənin çempionu "Seltik" "Astana" ilə səfər matçında 1:1 hesablı heç-heçə edib. Nəticədə Qlazqo təmsilçisi Şotlandiyanın hesabına 0.125 xal yazıb.
Xatırladaq ki, cari mövsümdə ölkəmizə UEFA reytinqində ən çox xalı 3 qələbəsi olan "Qəbələ" qazandırıb - 0.750. İkinci yerdə olan "Qarabağ" ölkəmizin aktivinə 0.500 xal yazdırıb. Artıq mübarizəni dayandıran "Neftçi" ilə "Kəpəz"in hesabında hərəyə 0.375 xal var.