
"Qəbələ"nin Avropa Liqasının III təsnifat mərhələsində Fransanın "Lill" klubu ilə cavab oyununun hakimləri müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, avqustun 4-də saat 21:00-da "Bakcell Arena"da keçiriləcək qarşılaşmanı rusiyalı Aleksey Yeskovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Yeskova Dmitri Mosyakin və İqor Demeşko yardımçı olacaq. Dördüncü hakim funksiyasını Vladimir Moskalev yerinə yetirəcək.
Qeyd edək ki, 38 yaşlı Yeskov 2011-ci ildən FİFA hakimidir.