1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Pivarnik aparıcı futbolçularını "Qarabağ"la oyuna qorumasından danışdı
"Bilirik ki, hər bir matç bizim üçün çətin olacaq. Həm "Qarabağ"la Çempionlar Liqasında, həm də ölkə çempionatın əvvəlində sınağımız var. Plzenlilər həm evdə, həm də səfərdəki oyunlarda qalib gəlmək istəyirlər". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Şempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Çexiyanın "Viktoriya" klubunun baş məşqçisi Roman Pivarnik deyib.
Ölkə çempionatının ilk turunda "Jihlava"nı səfərdə 2:1 hesabı ilə məğlub etdikləri oyunu dəyərləndirən mütəxəssis ilk hissədən razı qalmadığını bildirib: "Fasiləyədək zəif təsir bağışladıq və öz səhvimizdən qol buraxdıq. Bundan sonra oyunu öz xeyrimizə dəyişməli idik. Ancaq ilk hissədə bu, bizə müyəssər olmadı. Bu zaman ikinci hissədə oyuna müdaxilə etməli idik. Meydanın mərkəzində və hücumda dominantlıq etməyimiz lazım idi ki, bunu bacardıq və sonda istədiyimiz nəticəni qazandıq. Mən şadam ki, belə bir çətin matçda qalib gələ bildik".
Pivarnik oyunda kapitanı, əsas mərkəzi müdafiəçisi Roman Hubniklə yarımmüdafiəçisi David Limberskiyə əsas heyətdə yer verməyib. Hubnik ikinci hissədə meydana daxil olubsa, Limberski maçı tribunadan izləyib. Buna da toxunan Pivarnikin sözlərinə görə, aparıcı futbolçularını "Qarabağ"la avsutun 2-də Bakıda keçiriləcək vacib oyuna qorumağı lazım bilib: "Biz başa düşürdük ki, 7 gündə 3 oyun keçirməliyik. Özü də bunlardan 2-si səfərdə olacaq. Biz 3 həftəlik hazırlıq prosesində digər futbolçuları da yoxladıq. Sınaya biləcəyimiz mövqelərdə başqa futbolçulara da baxmaq istədim. İkinci hissədə 3 müdafiəçili ssitemə keçdik ki, bu da bizim üçün qeyri-adidir. Hazırlıq matçlarında 4-4-2 taktiki sistemlə oynadıq. İkinci hissə göstərdi ki, biz həm hücumda, həm də orta sahədə dominantlıq edirdik. Hətta bu sistemi yoxlamasaydı belə, mübarizənin öhdəsindən yaxşı gələ bildik".