1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin sabiq baş məşqçisi Qazzayevin namizədliyini dəstəklədi
"Qəbələ"nin rusiyalı sabiq baş məşqçisi Yuri Syomin Rusiya Futbol İttifaqına Valeri Qazzayevin namizədliyini şərh edib. Sportnet.az-ın məlumatına görə, Syomin üzvü olduğu yerli məşqçilər ittifaqı tərəfindən bu mütəxəssisin namizədliyini irəli sürdüklərini təsdiqləyib.
69 yaşlı mütəxəssis Qazzayevin bu vəzifənin öhdəsindən gələcəyinə şübhəsinin olmadığını bildirib: "Axı o, futbolda bütün lazımı biliklərə və böyük təcrübəyə malikdir. Rusiyada idman federasiyaları var ki, onların başında ötənlərin dahi idmançıları dururlar. Məsələn, güləş, tennis, bədii gimnasitika federasiyaları. Bütün bu federasiyalar uğur əldə edirlər. Mənim şəxsi fikrim budur ki, futbolda da bu, yaxşı qərardır".
Xatırladaq ki, Rusiya futbolunda ilk böyük uğuru - 2005-ci ildə baş məşqçisi olduğu MOİK-lə UEFA kubokunu qazanan Qazzayev vaxtilə milli komandasına da rəhbərlik edib.