Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb. Sportnet.az-ın məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında keçirilən mərasimdə Azərbaycan təmsilçiləri "Qarabağ" və "Qəbələ"nin rəqibləri müəyyənləşib.
"Qarabağ" Avroliqanın qrup mərhələsinə yüksəlmək üçün "Göteborq" , "Qəbələ" isə "Maribor" klubunu mübarizədən kənarlaşdırmalıdır.
"Astana" (Qazaxıstan) |
BATE (Belarus) |
"Midyullend" (Danimarka) |
"Osmanlıspor" (Türkiyə) |
"Lokomotiva" (Xorvatiya) |
"Genk" (Belçika) |
"Dinamo" (Tbilisi, Gürcüstan) |
PAOK (Yunanıstan) |
"Beytar" (İsrail) |
"Sent-Etyen" (Fransa) |
"Maribor"(Sloveniya) |
"Qəbələ" (AZƏRBAYCAN) |
"Astra" (Rumıniya) |
"Vest Hem" (İngiltərə) |
"Bröndbi" |
"Panatinaikos" (Yunanıstan) |
"Gent" (Belçika) |
"Şkendiya" (Makedoniya) |
"Sanderjuske" (Danimarka) |
"Sparta" (Çexiya) |
"Göteborq" (İsveç) |
"Qarabağ" (AZƏRBAYCAN) |
"Arauko" (Portuqaliya)
|
"Olimpiakos" (Yunanıstan) |
"Trençin" (Slovakiya). |
"Rapid" (Avstriya) |
AEK (Kipr) |
"Slovan" (Çexiya) |
"Avstriya" (Avstriya) |
"Rosenborq" (Norveç) |
"Voyvodina" (Serbiya) |
"AZ Alkmaar" (Hollandiya) |
"Slaviya" (Çexiya) |
"Anderlext" (Belçika) |
"Fənərbağça" (Türkiyə) |
"Qrasşoppers" (İsveçrə) |
"Krasnodar" (Rusiya) |
"Partizani" (Albaniya) |
"Başakşehir" (Türkiyə) |
"Şaxtyor" (Ukrayna) |
"Sassuolo" (İtaliya) |
"Srvena Zvezda" (Serbiya) |
"Makkabi" (Təl-Əviv, İsrail) |
"Hayduk" (Split, Xorvatiya) |
Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin oyunları 18 - 25 avqustda keçiriləcək.
-----------------------------------------------------
11:22. Futbol üzrə Avropa Liqasının "pley-off" mərhələsinin püşkü üçün "Qarabağ" və "Qəbələ" klublarının potensial rəqiblərinin sayı 6-ya enib. Sportnet.az-ın məlumatına görə, səpələnmişlər səbətində yer alan "Qarabağ" 4-cü qrupa düşüb.
Ağdam komandası "Şkendiya" (Makedoniya), "Başakşehir" (Türkiyə), "Göteborq" (İsveç), "Srvena Zvezda" (Serbiya), "Sanderjuske" (Danimarka) və ya "Hayduk" (Split, Xorvatiya) ilə üz-üzə gələ bilər.
3-cü qrupda yer alan "Qəbələ" isə "Anderlext" (Belçika), "Vest Hem" (İngiltərə), "Krasnodar" (Rusiya), "Maribor" (Sloveniya), "Fənərbağça" (Türkiyə), "Panatinaikos" (Yunanıstan) komandalarından birinə rəqib olacaq.
1-ci qrup
Səpələnmişlər: "Genk" (Belçika), "Olimpiakos" (Yunanıstan), BATE (Belarus), "Midyullend" (Danimarka), "Rapid" (Avstriya)
Səpələnməmişlər: "Astana" (Qazaxıstan), "Osmanlıspor" (Türkiyə), "Arauko" (Portuqaliya), "Lokomotiva" (Xorvatiya), "Trençin" (Slovakiya).
2-ci qrup
Səpələnmişlər: "AZ Alkmaar" (Hollandiya), PAOK (Yunanıstan), "Slovan" (Çexiya), "Sent-Etyen" (Fransa), "Avstriya" (Avstriya)
Səpələnməmişlər: AEK (Kipr), "Rosenborq" (Norveç), "Dinamo" (Tbilisi, Gürcüstan), "Voyvodina" (Serbiya), "Beytar" (İsrail)
3-cü qrup
Səpələnmişlər: "Anderlext" (Belçika), "Vest Hem" (İngiltərə), "Krasnodar" (Rusiya), "Maribor" (Sloveniya), "Fənərbağça" (Türkiyə), "Panatinaikos" (Yunanıstan)
Səpələnməmişlər: "Qəbələ" (Azərbaycan), "Slaviya" (Çexiya), "Bröndbyü" (Danimarka), "Qrasşoppers" (İsveçrə), "Astra" (Rumıniya), "Partizani" (Albaniya)
4-cü qrup
Səpələnmişlər: "Şaxtyor" (Ukrayna), "Sparta" (Çexiya), "Makkabi" (Təl-Əviv, İsrail), "Gent" (Belçika), "Sassuolo" (İtaliya), "Qarabağ" (Azərbaycan)
Səpələnməmişlər: "Şkendiya" (Makedoniya), "Başakşehir" (Türkiyə), "Göteborq" (İsveç), "Srvena Zvezda" (Serbiya), "Sonderyske" (Danimarka), "Hayduk" (Xorvatiya)
-------------------------------------------------------------
Bu gün futbol üzrə Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Sportnet.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutacaq mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" və "Qəbələ" klubları da rəqiblərini tanıyacaq. "Köhlən atlar" səpələnmişlər, "qırmızı-qaralar" isə səpələnməmişlər qrupunda yer alıb. Bu səbəbdən Qurban Qurbanovun rəhbərlik etdiyi komanda nisbətən zəif, Roman Qriqorçukun komandası isə nisbətən güclü komandalara rəqib olacaq. Müxtəlif qruplarda olmasına baxmayaraq, "Qarabağ" və "Qəbələ" bu mərhələdə bir-birinə rəqib ola bilməyəcək.
Ümumilikdə qrup mərhələsinin bir addımlığında 44 komanda mübarizə aparacaq. Komandalardan 29-u Avropa Liqasının III təsnifat mərhələsində qalib gələnlər, 15-i isə Çempionlar Liqasının III təsnifat mərhələsində məğlub olanlardır.
Səpələnmişlər: "Şaxtyor" (Ukrayna), "Olimpiakos" (Yunanıstan), "Anderlext" (Belçika), "AZ Alkmaar" (Hollandiya), "Fənərbağça" (Türkiyə), "Sparta" (Çexiya), PAOK (Yunanıstan), "Genk" (Belçika), BATE (Belarus), "Sent-Etyen" (Fransa), "Gent" (Belçika), "Krasnodar" (Rusiya), "Rapid" (Avstriya), "Slovan" (Çexiya), "Maribor" (Sloveniya), "Makkabi" (Təl-Əviv, İsrail), "Avstriya" (Avstriya), "Vest Hem" (İngiltərə), "Panatinaikos" (Yunanıstan), "Midyullend" (Danimarka), "Sassuolo" (İtaliya), "Qarabağ" (Azərbaycan)
Səpələnməmişlər: "Rosenborq" (Norveç), "Astana" (Qazaxıstan), "Astra" (Rumıniya), "Hayduk" (Xorvatiya), "Arauko" (Portuqaliya), "Qrasshoppers" (İsveçrə), AEK (Kipr), "Voyvodina" (Serbiya), "Başakşehir" (Türkiyə), "Bröndbyü" (Danimarka), "Srvena Zvezda" (Serbiya), "Osmanlıspor" (Türkiyə), "Slaviya" (Çexiya), "Göteborq" (İsveç), "Dinamo" (Tbilisi, Gürcüstan), "Lokomotiva" (Xorvatiya), "Trençin" (Slovakiya), "Qəbələ" (Azərbaycan), "Beytar" (İsrail), "Sonderyske" (Danimarka), "Şkendiya" (Makedoniya), "Partizani" (Albaniya)
Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 18-də və 25-də keçiriləcək. 22 qalib komanda və Çempionlar Liqasının pley-off mərhələsində məğlub olan 10 klub qrupda iştirak hüququ qazanacaq.